17:27 - 31.01.2025
31 yanvar, Fineko/abc.az. Ötən il Türkiyə turizm sektorundan 61 milyard 103 milyon 419 min dollar məbləğində rekord gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, Türkiyənin Statistika Qurumunun hesablamalarına əsasən, ölkənin 2024-cü ildə turizmdən əldə etdiyi gəlir əvvəlki ilə nisbətən 8,3 faiz çox olub.
Məlumatda bildirilib ki, bu gəlirin 60 milyard 497 milyon 18 min dolları turistlərdən, 606 milyon 401 min dolları isə transfer səyahətlərindən əldə edilib.
Ötən il Türkiyəyə səfər edənlərin 64,9 faizinin gəzinti, idman və mədəni tədbirlər məqsədilə ölkəyə gəlib.
Onların 17 faizini xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025