Qırğızıstanda kənd təsərrüfatı heyvanlarının ixracı qadağan edilib

14:18 - 3.02.2025


3 fevral, Fineko/abc.az. Qadağa Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin 04-13/4 nömrəli "Kənd təsərrüfatı mallarının siyahısının təsdiq edilməsi haqqında" əmri ilə edilib.

ABC.AZ xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Baytarlıq Xidməti 31 yanvar 2025-ci ildən etibarən iri və xırda mal-qara və atlar da daxil olmaqla kənd təsərrüfatı heyvanlarının üçüncü ölkələrə ixracına icazə verilməsini dayandırıb.

Eyni zamanda, yanvarın 31-dək verilmiş ixrac icazələri də müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstandan mal-qaranın ixracına qadağa 2024-cü ilin sentyabrında qoyulmuşdu. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, kənd təsərrüfatı heyvanlarının identifikasiyası sisteminin modernləşdirilməsi ilə bağlı idi.