Azərbaycanın xurma satışından gəlirləri 13,5 milyon dollar azalıb

16:45 - 3.02.2025


3 fevral, Fineko/abc.az. 2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə 113,7 milyon dollar dəyərində xurma ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyon dollar 10,6% azalıb.

Qeyd edək ki, 2023-cü ildə 127,2 milyon dollar dəyərində xurma ixrac edilib.

Təkcə dekabr ayında 27,1 milyon dollarlıq xurma ixrac edilib ki, bu da illik müqayisədə 8,7 milyon dollar və ya 24,3% azdır.