16:52 - 3.02.2025
3 fevral, Fineko/abc.az. 2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə 126,7 milyon dollar dəyərində fındıq ixrac edilib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon dollar 5,9% artıb.
Qeyd edək ki, 2023-cü ildə 119,6 milyon dollar dəyərində fındıq ixrac edilib.
Təkcə dekabr ayında 12,8 milyon dollarlıq fındıq ixrac edilib ki, bu da illik müqayisədə 1 milyon dollar və ya 8,5% çoxdur.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025