Xarici ölkələrə 126,3 milyon dollar dəyərində karbamid ixrac edilib

17:29 - 3.02.2025


3 fevral, Fineko/abc.az. 2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə 126,2 milyon dollar dəyərində karbamid ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 43,2 milyon dollar 52,1% artıb.

Qeyd edək ki, 2023-cü ildə 83 milyon dollar dəyərində karbamid ixrac edilib.

Təkcə dekabr ayında 13,5 milyon dollarlıq karbamid ixrac edilib ki, bu da illik müqayisədə 3 milyon dollar və ya 28,6% çoxdur.