Çin Google-a qarşı antiinhisar araşdırması aparacaq

12:09 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Çin Xalq Respublikasının Antiinhisar qanununu pozmaqda şübhəli bilindiyinə görə, ÇXR-in bazara nəzarət və tənzimləmə baş dövlət idarəsi Google-a qarşı istintaq başladıb.

ABC.AZ xəbər verir ki, bu barədə ÇXR bazarının tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat verib.

İstintaqın təfərrüatları açıqlanmır. Çində ABŞ-ın Gmail, Google Maps, Google Play və YouTube şirkətlərinin xidmətləri bloklanıb. Çin hakimiyyəti Google-un siyasi həssas məzmuna nəzarət tələblərini yerinə yetirməkdən imtina etdiyini deyib. Bununla belə, Google-un Çindəki Android əməliyyat sisteminə icazə verilir, demək olar ki, bütün Çin smartfonları onun üzərində işləyir. Fevralın 4-də ABŞ-ın bütün Çin ixracatına on faizlik tarifi qüvvəyə minib. Bundan sonra Çin Dünya Ticarət Təşkilatına Amerika vergi tədbirlərindən şikayət edib.