İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

17:51 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-sentyabrın 8-9-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Böyük və Kiçik Qafqaz bölgəsində səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32°, dağlıq rayonlarda 18-23° isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 28-33°, dağlıq rayonlarda 20-25° isti olacağı ehtimalı var.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı bildirilir.

Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 28-30° isti olacağı ehtimal edilir.

 

Bütün xəbərlər