18:15 - 7.09.2018
7 sentyabr, Fineko/abc.az. Hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycanda 21 avqust-21 sentyabr tarixlərində “Beynəlxalq Sülh Günü” aylığı keçirilir.
Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək tədbirlərə dair təsdiq edilmiş plana uyğun olaraq Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisi olan Quba rayonunda seminar keçirilib. Seminarda əvvəlcə Beynəlxalq Sülh Gününün təsis olma tarixindən, məqsədi və vəzifələrindən, BMT-nın bu istiqamətdəki fəaliyyətindən danışılıb. Bildirilib ki, 1982-ci ildən qeyd olunmağa başlayan bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan həmişə sülhsevər xalq olub və tarix boyu bu missiyasını dəfələrlə sübut edib. Vurğulanıb ki, bu gün dünyanın Sülhə daha çox ehtiyacı var.
Sonra “Azərbaycan Respublikasında miqrantların əmək və ailə birləşməsi hüquqlarının təmini” mövzusunda məruzə təqdim olunub. Məlumat verilib ki, ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycan digər ölkələrlə miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir. Əməkdaşlıq çərçivəsində miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələr öyrənilir.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024