10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib

14:01 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.

Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.

Əldə edilən məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.

Sevinc Heydərova ilə əlaqə saxlanmağa çalışılsa da, telefona köməkçisi cavab verib.

O, açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib.

"İnternational Medical Centre"dən də bu barədə açıqlama verilməyib. (Lent.az)