15:01 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda quruma ən çox daxil olan şikayətlər barədə danışıb. O qeyd edib ki, sıravi vətəndaşlardan 4613 müraciət daxil olub.
ABC.AZ xəbər verir ki, Baş Prokuror 158 müraciətin özəl sektor nümayəndələri tərəfindən dövlət orqanları barədə olduğunu bildirib.
"Belə olan halda prokurorluq orqanları özəl sektor nümayəndələrinin hüquqlarının müdafiə edilməsində fəal iştirak edirlər. 135 şikayət özəl sektor nümayəndələrinin öz əməkdaşları barəsində müraciətləridir. Bunlar adətən əməkdaşların mənimsəməyə yol vermələri ilə bağlı olur.
105 müraciət özəl sektor nümayəndələrinin digər özəl sektor nümayəndələri barəsində olan müraciətləridir. 451 müraciət isə işçilərin öz çalışıdığı şirkətlərlə bağlı şikayətləridir. Onlar şikayətlərində çalışdığı şirkətlərin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı məlumatlar veriblər” – deyə Kamran Əliyev deyib.
O bildirib ki, 77 müraciət isə dövlət qurumları tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərin qanunsuz əməlləri ilə bağlı olub. (Report)
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
19 Mart 2025