Kiyev Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək

17:04 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Ukrayna hökuməti Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayıb və tətbiq etmək istəyir.

ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko Şuranın iclasında bildirib.

"Ukrayna Təhlükəsizlik Xidməti Xarici Kəşfiyyat Xidmətinin kəşfiyyat bölmələri ilə birlikdə Rusiya neft məhsullarının ixracında iştirakına görə 83 nəfərə qarşı məhdudiyyətlər tətbiq etməyi təklif edib. Söhbət kölgə donanmasından gedir", — deyə A.Litvinenko bildirib.

Həmçinin, Ukrayna Mədəniyyət Nazirliyinin təklifi ilə Rusiya filmlərinin istehsalı ilə bağlı 41 fiziki və 47 hüquqi şəxsə, habelə Ukraynaya qarşı yönəlmiş narrativlərin formalaşdırılması, buraxılması və yayılması ilə məşğul olan təşkilatlara qarşı sanksiyalar tətbiq edilməsi planlaşdırılır.

Ukrayna prezidentinin rəsmi saytında verilən məlumata görə, tezliklə sanksiyalara məruz qalan şəxslərin siyahısı açıqlanacaq.