17:17 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “İnstagram” olub.
ABC.AZ xəbər verir ki, bu dövrdə “İnstagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla “Pinterest” olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025