17:32 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Ötən ay “YouTube” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb.
ABC.AZ xəbər verir ki, dövr ərzində “YouTube” istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay “X” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri 1,91% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb.
Yanvar ayında “Linkedin” sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025