Mərkəzi Bankda yeni təyinat - Baş direktorların sayı artdı

10:07 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Elrad Eldar oğlu Seydiyev 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, E.Seydiyev 1985-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2007-ci ildə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Məkəzi Bankının Bazar əməliyyatları departamentində iqtisadçı vəzifəsilə başlamışdır. 2008-2020-ci illərdə Bazar əməliyyatları departamentinin Bazar əməliyyatları şöbəsində kiçik diler, diler, böyük diler və şöbə rəisi vəzifələrində çalışıb.