12:51 - 6.02.2025
6 fevral, Fineko/abc.az. 6 fevral 2025-ci il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
ABC.AZ AMB-nin məlumatına istinadən bildirir ki, hərracda tələb 54,5 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Bu, keçən hərracdan 1,6 milyon dollar (3%) çoxdur. Fevralın 4-də valyuta hərracında Mərkəzi Bank 52,9 milyon dollar dəyərində valyuta satmışdı.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025