Onların işə qəbul qaydası dəyişir

16:01 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Direktorların işə qəbulunda sertifikasiya nəticələri nəzərə alınacaq.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O qeyd edib ki, direktor müavinlərinin işə qəbulu zamanı imtahanda topladıqları balla yanaşı, müəssisə rəhbərliyinin rəyi də nəzərə alınacaq.