17:19 - 6.02.2025
6 fevral, Fineko/abc.az. “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Qaydaya əsasən, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.
Dəyişiklik zəmanətin verilmədiyi hallarla bağlıdır. İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda zəmanət verilmir. Dəyişikliyə əsasən, kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda zəmanət verilməyəcək. Borcalanın zamin durduğu öhdəliklərin istisna edilməsi də bu bənddən çıxarılıb.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025