Xalqbank" ASC bütün faizləri artırdı - Eksklüziv

12:16 - 7.02.2025


7 fevral, Fineko/abc.az. "Xalqbank" ASC bütün faizləri artırıb. Belə ki, əvvəllər 9 faiz olan daxili ipoteka bu gündən 11 faizdir.

ABC.AZ xəbər verir ki, yeni qərara əsasən dövlət ipotekası 7 faizdən 9 faizə qaldırılıb. Ən çox artan istehlak krediti olub.

Belə ki, "Xalqbank" ASC-də istehlak kreditinin faizi 18 faizə qədər atırılıb. Yeni faizlər bu gündən tətbiq edilməyə başlayıb. Hətta bank əməkdaşları da yeni qərardan xəbərsiz olub və hamı faiz artımını səhər bilib.

Bank sektorunun mütəxəsissləri hesab edir ki, bu bazarın durğunlaşmasına və zəifləməsinə gətirib çıxaracaq.

Müəllif: Elmir Murad