Samir Şərifovun səlahiyyətləri artırıldı

15:54 - 7.02.2025


7 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.