16:38 - 7.02.2025
7 fevral, Fineko/abc.az. Mərkəzi Bankda (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.
ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin, "Bakı Fond Birjası" QSC-nin, Milli Depozit Mərkəzinin və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşdə baş tutub. Görüşdə ötən ilin yekunları üzrə kapital bazarlarında əldə olunan nəticələri, investisiya şirkətlərinin fəaliyyəti, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarları istiqaməti üzrə həyata keçirilmiş tədbirlər müzakirə edilib.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025