Tramp oğul: Kriptovalyuta Amerika hegemonluğunun gələcəyidir

17:14 - 7.02.2025


7 fevral, Fineko/abc.az. ABŞ prezidentinin oğlu Donald John Trump fevralın 6-da Nyu-Yorkda keçirilən London sammitində gözlənilmədən iştirak edib. Orada o, kripto valyutasını Amerika dominantlığının gələcəyi hesab etdiyini bildirib.

"Düşünürəm ki, bu, iqtisadi vəziyyətimiz, iqtisadi gücümüz baxımından Amerika hegemonluğunun gələcəyidir. Həqiqətən, maliyyənin gələcəyi olduğuna inandığım, oynaya biləcəyimiz, bunun nə olduğunu başa düşdüyümüz, eyni zamanda nə danışdıqlarını bilməyən insanlar tərəfindən o qədər də tənzimlənmədiyi bir quruluş yaratmalıyıq", — deyib.