17:17 - 7.02.2025
7 fevral, Fineko/abc.az. Belarus Təhsil Nazirliyi bəzi kompüter oyunları və filmlərinin qəhrəmanları, xüsusən də Haggi Vaggi obrazında yaradılan oyuncaqların satışını qadağan etməyi məqsədəuyğun hesab edir.
ABC.AZ xəbər verir ki, Bealrus təhsil naziri Andrey İvanetsin sözlərinə görə, buna misal kimi "gözlərin olmaması, bədənin digər hissələrinin olmaması, yəni istər uşaq, istərsə də kukla şəklinin qəsdən eybəcər hala gətirildiyi" Haggi Vaggi oyuncağını qeyd etmək olar. Bu oyuncaq, əlbəttə ki, uşaqları bu cür oyuncağın norma olduğuna yönəldir və buna görə də sonradan zorakılığa, yaxşı və pisin təhrifinə səbəb ola bilər. İvanets qeyd edib ki, dövlət nəzarəti Komitəsi Belarus ticarət şəbəkələrinin əlavə monitorinqini aparıb. "Onlar da uşaqlarımızın sağlamlığına və həyatına zərər verə biləcək bir sıra oyuncaqlar aşkar ediblər", — deyə o bildirib.
İvanets, valideynlərin uşaqları internetdəki zərərli məlumatlardan qorumaq vəzifəsi ilə əlaqəli yeniliyə də diqqət çəkib. "Valideynlər həmişə uşağın yanında olmurlar və uşaqlarının hansı məzmunu gördüklərini və hansı saytlara daxil olduqlarını vizual olaraq izləyə bilmirlər. İnternet vasitəsilə uşaqların qanunsuz cinayət fəaliyyətinə cəlb edilməsinin çox sayda [faktların] olduğunu da görürük", — İvanets deyib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025