Səfər sığortasına maraq azalıb - Yığımlar 7 faiz kiçilib

17:24 - 7.02.2025


7 fevral, Fineko/abc.az. Azərbaycanda ötən il üzrə xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 579 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 441 min manat və ya 7% azdır.

2023-cü il üzrə bu göstərici 6 milyon 22 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 650 min manat təşkil edib ki, bu da illik müqayisədə 107 min manat və ya 20% azdır.

Ötən ilin eyni dövründə 107 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 12% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-cü ildə zərərlilik göstərcisi 9% idi.