Neft bahalaşır, Brent bir barelə $75,26 təşkil edir

09:25 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.

Brent markalı neftin aprel fyuçerslərinin ICE Futures birjasında saat 09:22-də $0,60 (0,80%) artaraq bir barelə $75,26-a yüksəlib. Fevralın 7-də aparılan hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,37 (0,50%) artaraq bir barelə $74,66-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat 09:22-də $0,55 (0,77%) artaraq bir barel üçün $71,55-a yüksəlib. 7 fevral ticarətinin nəticələrinə görə, WTI markalı neftin mart fyuçersləri $0,39 (0,55%), bir barelə $71,00-a yüksəlib.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,33%, WTI nefti isə 2,11% ucuzlaşıb.