Çin ABŞ-dan LNG idxalına əlavə 15% rüsum tətbiq edəcək

10:30 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Çin bu gündən etibarən ABŞ-dan mayeləşdirilmiş təbii qaz və kömür idxalına əlavə 15% rüsum və neft idxalına 10% rüsum tətbiq edir.

ABC.AZ xəbər verir ki, bundan əlavə, bu gündən etibarən ÇXR-də ABŞ-dan kənd təsərrüfatı texnikası, çoxtonlu avtomobillər və pikapların idxalı üçün əlavə 10% rüsum tətbiq olunmağa başlayır.

Pekin bu cür tədbirləri, fevralın 10-dan eibarən ABŞ-a gətirilən bütün Çin mallarına əlavə 4% rüsum tətbiq edən Amerika prezidenti Donald Trampın hərəkətlərinə cavab olaraq qəbul edib.