10:47 - 10.02.2025
10 fevral, Fineko/abc.az. Bu il Mərkəzi Bank maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədbirlər bununla kifayətlənməyəcək. "İl ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində də işlər həyata keçiriləcək" deyə Baş Bankir bildirib.
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025