10:58 - 10.02.2025
10 fevral, Fineko/abc.az. “Batumi dəniz limanı” MMC ilk dəfə 3 min ton Qazaxıstan ammofosunun aşırılması prosesini həyata keçirib.
ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, “KazTransOil” SC-nin məlumatına əsasən, bu mineral gübrənin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Batumi limanı vasitəsilə ixracı ilk dəfə reallaşdırılıb.
Qazaxıstan ammofosunun Batumiyə çatdırılması üçün miltimodal daşımadan istifadə olunub. Yük “Kazfosfat” şirkəti tərəfindən göndərilib.
Cari ildə “Batumi dəniz limanı” MMC 50 min ton Qazaxıstan ammofosunun aşırılması prosesini həyata keçirməyi planlaşdırır.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025