11:03 - 10.02.2025
10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) yüksək səviyyəli təqdimatı keçirilir.
ABC.AZ xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov strateji valyuta ehtiyatlarına toxunub.
O qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsulunun 95 %-dən çoxunu təşkil edib.
T.Kazımovun sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı təxminən 3,8 dəfə artıb. "O cümlədən qeyri-neft sektorumuz 3,7 dəfə böyüyüb. Ümumi ixracımız və qeyri-neft ixracımız müvafiq olaraq 7,8 və 6,3 dəfə, iqtisadiyyatımıza investisiya qoyuluşu 4,4 dəfə artıb", - deyə sədr qeyd edib.
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025