ABŞ-da mal-qara qiymətləri sürünün azalması fonunda artıb

11:22 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Təxminən altı il sürünün azaldılması, yüksək keyfiyyətli mal ətinə olan yüksək tələbatla birlikdə, 2024-cü ildə ABŞ-da mal-qara sənayesində rekord yüksək qiymətlərə səbəb oldu.

ABC.AZ xəbər verir ki, bu, ət bazarlarında ixtisaslaşan CattleFax analitik şirkətinin hesabatında deyilir.
Analitiklərin fikrincə, qiymətlərin artması daha bir neçə il davam edəcək. 2026 və 2027-ci illərdə mal əti tədarükündə gözlənilən azalmalara baxmayaraq, qiymət artımı bu il ən yüksək həddə çata bilər. CattleFax-ın baş icraçı direktoru Randy Black," fyuçers bazarının işi hər şeyi əvvəlcədən təxmin etmək və qiymətləndirməkdir", deyə bildirib.

2025-ci ilin əvvəlində ABŞ-da minimum ət təyinatlı sürünün sayının müşahidə ediləcəyi gözlənilir. Proqnozlaşdırılan 28 milyon baş 2024-cü ildən 200 min, 2019-cu ildə müşahidə olunan maksimumdan 3,5 milyon baş aşağıdır. Ət inəklərinin kəsilməsinin azalması aqressiv kəsilmənin dayandırılmasını və sürünün sabitləşməsinin başlanmasını göstərir.