11:36 - 10.02.2025
10 fevral, Fineko/abc.az. Təhsilin nəticələri barədə demək olar ki, burada ilk növbədə alt sistemə fikir vermək lazımdır.
ABC.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, təhsilin keyfiyyətinin artırılması üçün erkən uşaqlıq dövründə praktikalar çox vacibdir.
Nazir bildirib ki, bir çox hallarda siyasətçilər çalışır ki, elə qərarlar versin ki, bu qısa müddətdə nəticə versin. "Amma, əsaslı təhsil üçün vaxt tələb olunur. Bu mənada biz sözügedən istiqamətdə çalışırıq. 1-5 yaş olan uşaqların erkən təhsili ilə bağlı 30 faizə qədər artım var və bizim bunu 50 faizə qədər çoxaltmaq imkanımız var. Keyfiyyəti artırmaq üçün bir tələbəyə düşən vəsait də artırılmalıdır. Və son 10 il ərzində statistik rəqəmlər xeyli artıb. Bu kəmiyyət göstəricilərdir, keyfiyyətlə bağlı isə hələ görüləcək işlər var"-deyə nazir qeyd edib.
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025