Şolts: AB ABŞ rüsumlarının tətbiqinə bir saat ərzində cavab verə bilər

12:21 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Almaniya kansleri Olaf Şolts bildirib ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından mallara rüsum tətbiq edərsə, Avropa İttifaqı (Aİ) bir saat ərzində reaksiya verə bilər.

"Biz buna hazırıq", — deyə Xristian Demokratik və Xristian-Sosial birliklər blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz ilə seçkiqabağı mübahisələr zamanı Şolts bildirib.

“Avropa Birliyi olaraq biz bir saat ərzində reaksiya verə bilərik", — deyə o ildirib.

 Almaniya kansleri Trampa qarşı strategiyasını "başa düşülən sözlər və səmimi söhbətlər" kimi təsvir edib. O, həmçinin realizmə çağırıb.

"Biz özümüzü aldatmamalıyıq: Amerika prezidenti dediklərini nəzərdə tutur, buradakı bəzi insanlar isə olduqca sadəlövhdirlər və bunun olmayacağını söyləyirlər", — deyə kansler vurğulayıb.