10:58 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Dubay 2024-cü ildə 18,72 milyon xarici turist qəbul edib ki, bu da meqapolisin 17,15 milyon qonağı qeydə aldığı əvvəlki ilə nisbətən 9% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə əmirliyin İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatlarında deyilir.
Əsas amillər arasında beynəlxalq tərəfdaşlıqların genişlənməsi, genişmiqyaslı tədbirlər və artan qonaqpərvərlik sektoru sadalanır. Deyilənə görə, Əl-Maktum beynəlxalq hava limanının genişləndirilməsi və Dubay metrosunun mavi xəttinin uzadılması kimi böyük infrastruktur layihələri şəhərin turizm cəlbediciliyini daha da artıracaq.
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025