Azərbaycanda unun qiyməti bu qədər bahalaşdı

11:36 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

ABC.AZ Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən bildirir ki, fevralın 10-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50-28.20 manat arasında dəyişir. Fevralın 6-da isə ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28.20 manat arasında olub.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26.50 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).