Simonyan: Regionda gələcək nəsillər üçün sülh qurmağa tarixi şansımız var

12:04 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib, Lakin Bakı artıq üç aydır ki, Yerevanın təkliflərinə cavab vermir.

ABC.AZ xəbər verir ki, bu barədə brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Mən deməzdim ki, Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənib. Lakin Azərbaycan artıq üç aydır ki, bizim təkliflərimizə cavab vermir, bu da narahatlıq doğurur", - deyə o qeyd edib, lakin əlavə edib ki, erməni tərəfinin təkliflərinin təfərrüatlarını təqdim edə bilmir.

"Regionda nəsillərimiz üçün sülh yaratmaq üçün tarixi bir şansımız var", — deyə o bildirib.