ABŞ İranla saziş bağlamaq istəyir

12:24 - 11.02.2025


11 fevral, Fineko/abc.az. ABŞ hərbi münaqişələrə qarışmaqdansa, İranla müqavilə bağlamağa üstünlük verir.

ABC.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, İsrail bizi İranla münaqişəyə cəlb etməyə ümid edir, amma mən buna qarşıyam.

O, ümidvar olduğunu bildirib ki, ikinci tərəf də daha çox sazişin imzalanmasına yönəlib. Donald Tramp, Tehranın müdafiə potensialının itirilmə üzrə olduğundan narahatlığını qeyd edib.