15:37 - 11.02.2025
11 fevral, Fineko/abc.az. İspaniyanın iri şərab təsərrüfatlarından biri olan Bodegas Protos, ABŞ prezidenti Donald Trampın AB-dən məhsullara tarif tətbiq etmək təhdidləri fonunda, rüsumlar tətbiq ediləcəyi təqdirdə qiymət artımını təxirə salmaq üçün ABŞ-a əlavə şərab ehtiyatları göndərib.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters yazır. İspaniyadan ABŞ-a şərab ixracı 2024-cü ilin dekabr ayında 20% artdı, bu da İspaniya şərab federasiyasının mütəxəssislərinin fikrincə, qismən idxalçılar tərəfindən mümkün tarif artımı ərəfəsində ehtiyatların yığılması ilə bağlıdır.
ABŞ İspaniya şərabları üçün Almaniyadan sonra ikinci iri ixrac bazarıdır. Protos ABŞ-a ildə təxminən 250 min şüşə ixrac edir.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025