“Apple” şirkəti özünün ən ucuz smartfonunu bə vaxt təqdim edəcək?

16:00 - 11.02.2025


11 fevral, Fineko/abc.az. “Apple” şirkəti özünün ən ucuz smartfon modeli olacaq “iPhone SE 4″ü bu gün təqdim etməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.

Yeni telefonlarda “Home” düyməsi artıq olmayacaq. “Apple” sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı “iPhone” modelində tətbiq etmişdi.

2012-ci ildə çıxan “iPhone 5S” ilə birlikdə “Home” düyməsi “Touch ID” (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin “Apple” 2017-ci ildə təqdim edilən “iPhone X”da üztanıma sisteminə (“Face ID”) keçərək “Home” düyməsini ləğv etdi.