Səudiyyə Ərəbistanı Aİ-nin inkişafına 14,9 milyard dollar sərmayə yatırır

16:23 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanı texnoloji nəhənglərlə birlikdə Aİ-nin inkişafına 14,9 milyard dollar sərmayə yatırır.

ABC.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı Google, Lenovo və Alibaba da daxil olmaqla aparıcı texnoloji şirkətlərlə ortaq şəkildə süni intellektin inkişafına 14,9 milyard dollar sərmayə qoyur. İrimiqyaslı təşəbbüs Krallığı regional AI texnologiyaları mərkəzinə çevirmək məqsədi daşıyır.