16:24 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Son beş ay ərzində (2024-2025-ci illərin sentyabr-yanvar aylarında) Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 dəfə artaraq 266 min tona çatıb.
ABC.AZ xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycana və digər ölkələrə taxıl tədarükünün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 47 faiz təşkil edib və ümumilikdə 4,8 milyon tona çatıb.
2024-cü ilin sonuna yaxın 10,6 milyon ton taxıl, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində, 8,1 milyon tonu isə ixrac üçün daşınıb. (AZƏRTAC)
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025