17:16 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sənədin müddəalarının həyata keçirilməsi təmin ediləcək.
Bundan başqa, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərəcək.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025