Bu avtomobillərin istehsalı 2026-cı ilə kimi dayandırılacaq - Siyahı

11:45 - 12.02.2025


 

12 fevral, Fineko/abc.az. Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Pravda.ru məlumat yayıb.

Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.

Hansı modellər daha istehsal olunmayacaq?

“Porsche 718” – “Boxster” və “Cayman” modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.

“Porsche Macan” – benzinlə işləyən versiyası elektrikli “Macan EV”ə yol açaraq bazarı tərk edəcək.

“BMW 8 Series” – aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.

“Lexus RC” – idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.

“Mercedes-Benz GLC Coupe” – kupevari SUV populyarlığını itirərək yerini “GLC”nin klassik versiyalarına verir.

“Infiniti QX50” – brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.