Onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

15:09 - 12.02.2025


12 fevral, Fineko/abc.az. İlkin hesablamalara görə işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan azı 3000 nəfər şəxsin peşə təhsili üzrə cəmi təhsil haqqı xərcləri təqribi 3.5 mln. manat təşkil edəcək”

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-26, 2026-27, 2027-28-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.