15:35 - 12.02.2025
12 fevral, Fineko/abc.az. Ermənistan parlamenti birinci oxunuşda respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib.
ABC.AZ xəbər verir ki, təşəbbüsün lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.
"63 deputat qanun layihəsinin qəbul edilməsinə səs verdi, qərar verildi", — parlamentin spikeri Alen Simonyan deyib.
İkinci prezident Robert Koçaryanın (1998-ci ildən 2008-ci ilə qədər) "Ermənistan" və üçüncü prezident Serj Sarkisyanın (2008-ci ildən 2018-ci ilə qədər) "Şərəfim var" müxalifət fraksiyaları bu qanun layihəsini məsxərə adlandırdılar və səsvermədə iştirak etməkdən imtina etdilər. Müxalifətçilərin bəyanatına əsasən, bu qanun layihəsi Aİ-yə daxil olmaq deyil, Türkiyəni təhlükəsizliyin qarantı kimi seçmək məqsədi daşıyır.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd etmişdi ki, bu, Yerevanın icmaya qoşulması prosesinin avtomatik başlanması demək deyil, çünki bu məsələ referenduma çıxarılmasını tələb edir. Öz növbəsində, respublikanın xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin lazımi sayda imza toplayan ictimai təşəbbüs olduğunu izah etmişdi.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025