15:58 - 12.02.2025
12 fevral, Fineko/abc.az. Naxçıvan Regional DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub.
Bunu Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə deyib.
Onun sözlərinə görə, muxtar respublikada əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə tikintisi davam edən Naxçıvan Regional DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulub.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025