Naxçıvan Regional DOST Mərkəzinin binası universitetə satılıb?

16:08 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə  Naxçıvan Regional DOST Mərkəzinin yeni inşa olunan binasının Naxçıvan Dövlət Universitetinə satılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, F.Bağırzadə qeyd edib ki, hazırda Mərkəzin yerinin dəyişdirilməsi barədə gəzən söhbətlər həqiqəti əks etdirmir.

"Tikintisi davam edən binada DOST Mərkəzinin açılışı nəzərdə tutulub. DOST Mərkəzinin binası universitetə satılmayıb və bu mövzu barədə heç vaxt danışıqlar aparılmayıb” - deyə F.Bağırzadə bildirib.