Kəlbəcərin Zar kəndində 547 fərdi evin tikintisinə 139 milyon manat xərclənəcək

16:18 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir.

ABC.AZ xəbər verir ki, tenderdə Kəlbəcər r-nu 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 138 489 791 manatdır.