Metrodan istifadə edənlər artıb, ya azalıb?

16:39 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC 18 milyon sərnişin daşıyıb.

ABC.AZ QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Ən çox sərnişin yanvarın 10-da (710 min 773 nəfər), ən az sərnişin isə yanvarın 19-da (367 min 867 nəfər) daşınıb.