16:57 - 12.02.2025
12 fevral, Fineko/abc.az. Türkiyə son 10 ildə ilk dəfə olaraq ABŞ xəzinədarlıq istiqrazlarını almağa başlayıb, onların ölkə ehtiyatlarında həcmi 12 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat verib.
"Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bu addım Türkiyə 2016-cı ildən ABŞ-la münasibətlərdə gərginlik və geosiyasi problemlər səbəbindən xəzinədarlıq istiqrazlarını almaqdan imtina etdikdən sonra atılıb", - nəşr yazır.
Agentliyin məlumatına görə, Türkiyə Mərkəzi Bankı valyuta ehtiyatları "sağlam" səviyyəyə çatdıqdan sonra ehtiyat siyasətini normallaşdırmaq səyləri çərçivəsində ABŞ xəzinədarlıqlarını almağa başlayıb.
"ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Türkiyənin ehtiyatlarında Amerika istiqrazlarının həcmi son bir ildə 10 milyard dollar artaraq 12 milyard dollara çatıb. Ankara, 2010-cu illərin əvvəllərində zirvəyə çatan və Donald Trampın birinci prezidentliyi dövründə siyasi və geosiyasi fikir ayrılıqlarının kəskinləşməsi fonunda təxminən 80 milyard dollar təşkil edən istiqrazlarından xeyli dərəcədə qurtuldu", — məlumatda deyilir.
Ən böyük istiqraz alışlarının Trampın yenidən seçilməsindən bir ay əvvəl, ümumilikdə 6 milyard dollar dəyərində oktyabr ayında edildiyi bildirilir.
Türkiyə Mərkəzi Bankı hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025