Neft ucuzlaşır, Brent bir barelə $74,50 təşkil edir

09:30 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin aprel ayı üçün ICE Futures birjasında qiyməti saat 09:28-də $0,68 (0,90%) azalaraq bir barel üçün $74,50-a düşüb. Fevralın 12 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel neft fyuçersləri $1,82 (2,36%) ucuzlaşaraq bir barel üçün $75,18 təşkil edib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri saat  09: 28-də $0,65 (0,91%), bir barel üçün $70,72-a düşdü. Fevralın 12-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $1,95 (2,66%) ucuzlaşaraq bir barel üçün $71,37-a düşüb.