“Cisco” ikinci rübdə gəliri 9% artırıb, xalis gəliri 8% azaldıb

10:53 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Amerika şəbəkə avadanlığı istehsalçısı Cisco Systems Inc. 2025-ci maliyyə ilinin ikinci rübündə xalis gəliri 8% azaldıb, lakin korretktə edilmiş rəqəm və gəlir bazar gözləntilərini üstələyib.

ABC.AZ xəbər verir ki, şirkətin press-relizində qeyd olunub ki, yanvarın 25-də başa çatan rübün yekunları üzrə xalis mənfəət 2,43 milyard dollar və ya səhm başına 61 sent təşkil edib, əvvəlki maliyyə ilinin müqayisəli dövründə isə 2,63 milyard dollar və ya səhm başına 65 sent təşkil etmişdi.

Birdəfəlik amillər nəzərə alınmadan mənfəət kağız başına 0,94 dollardan 0,87 dollara yüksəlib.

Şirkətin qazancı 9% artaraq bir il əvvəlki 12,79 milyard dollara qarşı 13,99 milyard dollara çatıb. O cümlədən avadanlıqların satışından əldə olunan gəlirlər 11%, xidmət gəlirləri isə 6% artıb.

FactSet-dən müsahibə alan ekspertlər orta hesabla korrektə edilmiş mənfəəti 13,9 milyard dollar gəlirlə kağız başına 0,91 dollar səviyyəsində qiymətləndiriblər.